Tovuz rayonu ərazisində 4 mağazadan oğurluq törətməkdə, habelə 1 mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxslər tutulmuşlar
16.12.2016Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 15-də rayon ərazisində 4 mağazadan pul, spirtli içki, danışıq kartları, tütün məmulatı və məişət əşyaları oğurlamaqda, habelə 1 mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Alakol kənd sakinləri İlkin Həsənov və Elşən Ələsgərov tutulmuşlar.