Gün ərzində 76 cinayət faktı qeydə alınmışdır
15.12.2016Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 76 cinayət faktı qeydə alınmış, onların da 14-ü “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 17 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 10 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər tutulmuşdur.