Şəmkir şəhər sakini Süleyman Quliyevi qətlə yetirməkdə şübhəli bilinən Rəhim Ağayev tutulmuşdur
15.12.2016Dekabrın 14-də Şəmkir şəhəri ərazisində şəhər sakini Rəhim Ağayev münaqişə zəminində həmyerlisi Süleyman Quliyevə bıçaqla xəsarət yetirmişdir.
Xəstəxanaya yerləşdirilmiş S.Quliyev dekabrın 15-də orada ölmüşdür.
Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Ağayev tutulmuşdur.