Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı şəhər sakini Camal Musayev yerləşdirldiyi xəstəxanada ölmüşdür
15.12.2016Dekabrın 14-də saat 05 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində qəsəbə sakini Elnur Qarayevin idarə etdiyi "KamAZ" və Bakı şəhər sakini Camal Musayevin idarə etdiyi "Hyundai" markalı avtomobillər toqquşmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş C.Musayev dekabrın 15-də orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.