"Dini etiqad azadlığı haqqında" qanunun tələblərinə riayət olunmadan Badamdar qəsəbə dini icmasının fəaliyyət göstərməsi aşkar edilmişdir
08.12.2016"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması, müəyyən edilmiş qaydada satışına razılıq verilmiş dini təyinatlı ədəbiyyatın, audio və videomaterialların, dini məzmunlu digər mal və məmulatların müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılması hallarının qarşısının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi tərəfindən aidiyyatı qurumlarla birgə keçirilən tədbirlər davam etdirilir.
Deklabrın 8-də Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Səbail rayon İcra Hakimiyyətinin nümayəndələrinin birgə keçirdikləri tədbir nəticəsində Neftçilər küçəsi, 3 ünvanında yerləşən, Bakı şəhər sakini Seyid Asin Ərəş oğluna məxsus qeyri-yaşayış sahəsində "Dini etiqad azadlığı haqqında" qanunun tələblərinə riayət olunmadan Badamdar qəsəbə dini icmasının fəaliyyət göstərməsi aşkar edilmişdir.
Baxış zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən yayılmasına razılıq verilməyən 59 ədəd dini ədəbiyyat, 19 ədəd videokaset, 27 ədəd DVD, 80 ədəd CD, 2 ədəd kompyuter prosessoru, xurafat elementi olan 6 ədəd zəncir və digər əşyalar aşkar edilərək götürülmüşdür.Faktla bağlı araşdırma aparılır.