Hacıqabul rayonunun Atbulaq kəndində yol-nəqliyyat hadisəsi
08.12.2016Dekabrın 8-də saat 19 radələrində Hacıqabul rayonunun Atbulaq kəndində Rusiya Federasiyası vətəndaşı Ələddin Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən kənd sakini Elnur Rəhimovu vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.