Sabirabad rayon sakini Seyran Hüseynov yanğın nəticəsində ölmüşdür
08.12.2016Dekabrın 8-də saat 09 radələrində Sabirabad rayonunun Qaraqaşlı kəndi ərazisində balıq saxlanılan göllərdən birində mühafizə üçün nəzərdə tutulmuş otaqda yanğın baş vermişdir. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra mühafizəçi - rayon sakini Seyran Hüseynovun yanmış meyiti aşkar edilmişdir.