Göygöl rayonunun Balçılı kənd sakini İlqar Əliyevdən narkotik vasitələr aşkar edilərək götürülmüşdür
27.11.2016Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balçılı kənd sakini İlqar Əliyevdən 45 qram marixuana götürülmüşdür. Onun evinə baxış zamanı əlavə olaraq 7 kiloqram 285 qram marixuana, 5 kiloqram 62,68 qram xaşxaş və 6 kiloqram xaşxaş toxumu, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.