Masallı rayonunun Xıl kənd sakini Rəmzi Ağayev ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət almışdır
27.11.2016Noyabrın 26-da Masallı rayonunun Xıl kəndi ərazisində kənd sakini Rəmzi Ağayev ov tüfəngi ilə ehtiyatsız davrandığından atəş açılmış və o, aldığı xəsarətlə xəstəxanaya yerləşdirilmişdir.
Masallı RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "TOZ-16" markalı tüfəng götürülmüşdür.