Soyğunçuluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Tural Babayev tutulmuşdur
27.11.2016Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da rayon sakini Amid Namazova məxsus mobil telefonu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Gəncə şəhər sakini Tural Babayev tutulmuşdur.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun noyabrın 23-də şəhər sakinləri Nəsir Nəsirova və Tamilla Əsgərovaya məxsus su mühərriklərini oğurlaması da müəyyən edilmişdir.