Gün ərzində 84 cinayət faktı qeydə alınmışdır
20.11.2016Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 84 cinayət faktı qeydə alınmış, onların da 15-i “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 17 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər tutulmuşdur.