Yasamal rayonu ərazisində yaşayan Adil Kazımovun evində təbii qazın sızmasından ani partlayış baş vermişdir
20.11.2016Noyabrın 20-də saat 09 radələrində Yasamal rayonu ərazisində yaşayan Adil Kazımovun evində təbii qazın sızmasından ani partlayış baş vermişdir. Nəticədə mənzilin pəncərə şüşələri sınmış, əl nahiyəsindən yanıq xəsarəti almış A.Kazımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.