1 baş qoyun oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Həsən Qəmbərov tutulmuşdur
20.11.2016Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da rayon sakini Rövşən Əbilovun həyətindən 1 baş qoyun oğurlamaqda şübhəli bilinən həmyerlisi Həsən Qəmbərov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 1-də öz atası Sakitə məxsus 4 baş keçini oğurlaması da müəyyən edilmişdir.