Gəncə şəhərinin Gülüstan qəsəbəsinin sakini Məhərrəm Qurbanov saxlanılmışdır
16.11.2016Noyabrın 16-da Gəncə şəhərinin Yeni Gəncə qəsəbə sakini Rəfiqə (ad şərtidir) Kəpəz RPİ-yə müraciət edərək sosial şəbəkədə tanış olduğu "Maqa Qurbanlı" ləqəbli şəxsin 055-634-34-14 nömrəsindən ona zəng edib şəkillərini və barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yayacağı ilə hədələdiyini, əxlaqsız təkliflər etdiyini və ya 200 manat pul verməyi tələb etdiyini bildirmişdir.
Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gülüstan qəsəbəsinin sakini Məhərrəm Qurbanov saxlanılmışdır.
Araşdırma aparılır.