Quba rayonunun Barlı kənd sakini Ramiz Məmmədovu qətlə yetirmiş ruhi xəstə Yusif Babayev tutulmuşdur
16.11.2016Noyabrın 16-da Quba rayonunun Barlı kəndində kənd sakini, ruhi xəstə Yusif Babayev həmkəndlisi Ramiz Məmmədova bıçaqla xəsarət yetirmişdir. Xəstəxanaya yerləşdirilmiş R.Məmmədov orada ölmüşdür.
Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Babayev tutulmuşdur.