Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Göyçay şəhər sakini Pərviz Əliyevə bıçaqla xəsarət yetirmiş Ruslan Xəlilov tutulmuşdur

16.11.2016

Noyabrın 11-də Göyçay şəhəri ərazisindən şəhər sakini Pərviz Əliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmişdir. O, izahatında şəhər ərazisində yıxılma nəticəsində xəsarət aldığını bildirmişdir.

Göyçay RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı həmin gün P.Əliyevlə həmyerlisi Ruslan Xəlilov arasında münaqişə baş verməsi və sonuncunun ona bıçaqla xəsarət yetirməsi müəyyən edilmişdir.

Həyata keçirilmiş tədbirlərlə R.Xəlilov tutulmuşdur.

16.11.2016 tarixinə olan kriminal məlumatlar