Binəqədi rayonunda yaşayan İ.Yusubova məxsus evdən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini R.Ağamalıyev saxlanılmışdır
04.11.2016Noyabrın 4-də 23.44 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayan İlqar Yusubova məxsus evdən Binəqədi rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gəlmiş RMİ əməkdaşları tərəfindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Rafayel Ağamalıyev saxlanılaraq 6-cı PB-yə təhvil verilmişdir.