Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Döş qəfəsindən aldığı qırma yarası ilə xəstəxanaya gətirilmiş Siyəzən rayon sakini M.Rzayevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində xəsarət alması müəyyən edilmişdir

04.11.2016

Noyabrın 4-də Siyəzən rayonunun Dağ Quşçu kəndindən rayon sakini Mehman Rzayev döş qəfəsindən aldığı qırma yarası ilə xəstəxanaya gətirilmişdir.

Araşdırmalar zamanı M.Rzayevin Sumqayıt şəhər sakini Elşad Quliyevin özünə məxsus ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alması müəyyən edilmişdir.

Siyəzən RPŞ əməkdaşları tərəfindən E.Quliyevdən müvafiq sənədləri olan "TOZ-16" markalı ov tüfəngi götürülmüşdür.

04.11.2016 tarixinə olan kriminal məlumatlar