Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİN-in "102" Zəng Mərkəzinə metro stansiyasına bomba qoyulması barədə yalan məlumat vermiş Bərdə rayon sakini Ş.Həsənov tutulmuşdur

04.11.2016

Noyabrın 4-də saat 12.10 radələrində naməlum şəxs metronun "20 Yanvar" stansiyasına bomba qoyulması və 13 dəqiqədən sonra partlayacağı barədə DİN-in "102" Zəng Mərkəzinə məlumat vermişdir.

Dərhal aparılan araşdırmalarla zəng edən şəxsin Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Şahlar Həsənov olması müəyyən edilmişdir.

Metropolitendə Polis Şöbəsi və Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Həsənov tutulmuşdur.

Faktla əlaqədar cinayət işi başlanılmışdır.

04.11.2016 tarixinə olan kriminal məlumatlar