Gün ərzində 86 cinayət faktı qeydə alınmışdır
21.10.2016Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 86 cinayət faktı qeydə alınmış, onların da 24-ü “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 10 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 41 nəfər tutulmuşdur.