Oğurluq etməkdə şübhəli bilinən Xırdalan şəhər sakini Asim Mehralıyev tutulmuşdur
21.10.2016Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-də rayon sakinləri Aybəniz Səfərovaya və Elnur Aslanova məxsus evlərdən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini Asim Mehralıyev tutulmuşdur. Onun üzərinə baxış zamanı 0,213 qram heroin aşkar edilərək götürülmüşdür.