Ağdaş şəhər sakini Tofiq Lətifov bədbəxt hadisə nəticəsində yerləşdirildiyi xəstəxanada ölmüşdür
21.10.2016Oktyabrın 21-də saat 19 radələrində Ağdaş şəhərində şəhər sakini Tofiq Lətifov həmyerlisi Eşqin Xəlilovun idarə etdiyi “Shaolin” markalı sərnişin avtobusundan düşərkən ayağı sürüşərək yıxılmışdır. Xəstəxanaya yerləşdirilmiş T.Lətifov orada ölmüşdür.
Araşdırma aparılır.