Mağazadan pul, tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini Namiq Xəlilov tutulmuşdur
21.10.2016Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-də rayon sakini Musa Əsgərova məxsus mağazadan 260 manat pul, tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən həmyerlisi Namiq Xəlilov tutulmuşdur.