Samux rayonunun Aşağı Ağasıbəyli kəndində yaşayan Naçar İsmayılovun evində təbii qaz sızmasından ani partlayış baş vermişdir
21.10.2016Oktyabrın 21-də saat 07 radələrində Samux rayonunun Aşağı Ağasıbəyli kəndində yaşayan Naçar İsmayılovun evində təbii qaz sızmasından ani partlayış baş vermişdir. Nəticədə dağıntı olmamış, xəsarət almış N.İsmayılov və arvadı Zemfira xəstəxanaya yerləşdirilmişlər.