Akkumulyator oğurlamaqda şübhəli bilinən Qubadlı rayon sakini Pərvin Əlizadə və Bakı şəhər sakini Ayaz Fətullayev tutulmuşdur
17.10.2016Oktyabrın 13-dən 17-dək olan müddətdə Gəncə şəhəri ərazisində şəhər sakini Azər Əliyevə məxsus “KamAZ” markalı avtomobildən akkumulyator oğurlanmışdır.
Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Mirəşrəf Nəzərov, Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş Pərvin Əlizadə və Bakı şəhər sakini Ayaz Fətullayev tutulmuşdur. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların daha bir avtomobildən akkumulyator oğurlamaları da müəyyən edilmişdir.