Şəki rayonunun Vərəzət kəndində yol-nəqliyyat hadisəsi
17.10.2016Oktyabrın 17-də saat 14 radələrində Şəki rayonunun Vərəzət kəndində rayon sakini Rizvan İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarı ilə gedən həmyerlisi Təmraz Mustafayevi vurmuş və idarəetməni itirdiyindən avtomobili aşırmışdır. Nəticədə piyada hadisə yerində ölmüş, sürücü və 1 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.