Mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Alim Mayılov tutulmuşdur
17.10.2016Oktyabrın 17-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində, Rusiya Federasiyası vətəndaşı Qumaş Ramazanovaya məxsus mobil telefon oğurlanmışdır.
Xəzər Rayon Mühafizə İdarəsi, Əlahiddə Çevik Polis Alayı və 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Alim Mayılov tutulmuşdur.