Oğurluqda şübhəli bilinən paytaxt sakini Tural Əmişov tutulmuşdur
13.10.2016Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari iliyulun 30-dan oktyabrın 10-dək olan müddətdə Bakı şəhər sakinləri olan 10 (on) nəfərə məxsus evlərdən və 3 (üç) avtomobildən pul və məişət əşyaları oğurlamaqda, habelə Rəfayel Mikayılova məxsus həyətyanı sahədən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən paytaxt sakini Tural Əmişov tutulmuşdur.