Soyğunçuluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini İlkin Orucov tutulmuş, digər şəxs isə müəyyən edilmişdir
13.10.2016Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 9-da Gəncə şəhər sakinləri Səma Əliyevaya məxsus qızıl əşyanı oğurlamış və Zeynəb Novruzovanın qızıl sırğasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəhər sakini İlkin Orucov tutulmuş, digər şəxs isə müəyyən edilmişdir.