Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Qəbələ rayonunun Mirzəbəyli kənd sakini Sərxan Gözəlov yerləşdirildiyi xəstəxanada ölmüşdür
13.10.2016Oktyabrın 4-də Qəbələ rayonunun Mirzəbəyli kəndində Qax şəhər sakini Ramin Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Sərxan Gözəlovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş S.Gözəlov oktyabrın 13-də orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.