Oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Yevlax rayon sakinləri Şahmurad Xudaverdiyev və Ruslan Əmiraslanov saxlanılmışlar
05.10.2016Oktyabrın 5-də saat 06 radələrində Yasamal rayonu ərazisində yerləşən Bakı şəhər sakini Elşən İsmayılova məxsus gözəllik salonundan Yasamal Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gəlmiş RMİ əməkdaşları tərəfindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Yevlax rayon sakinləri Şahmurad Xudaverdiyev və Ruslan Əmiraslanov saxlanılaraq 27-ci PB-yə təhvil verilmişlər.