Oğurluq etməkdə şübhəli bilinən Sabunçu rayon sakinləri Rahib Əhmədov, Elşən Bağırov və Ravil Vəliyev tutulmuşlar
05.10.2016Sentyabrın 15-də Sabunçu qəsəbəsi ərazisində qəsəbə sakini Nəsimi Tağıyevə məxsus “VAZ-2106” markalı avtomobildən akkumulyator oğurlanmışdır.
Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri Rahib Əhmədov, Elşən Bağırov və Ravil Vəliyev tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların oktyabrın 1-nə keçən gecə daha 1(bir) avtomobildən akkumulyator oğurlamaları da müəyyən edilmişdir.