Qaradağ rayonunda mağazadan oğurluğa cəhd göstərmiş Neftçala rayon sakini C.Məmmədov tutularaq 10-cu PB-yə təhvil verilmişdir
02.10.2016Oktyabrın 2-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki ticarət mərkəzində Salyan rayon sakini Güllər Lətifovaya məxsus mağazadan açıq talama yolu ilə içərisində 130 manat pul olan sellofan torbanı aparmağa cəhd göstərmiş Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Cəlal Məmmədov Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutularaq 10-cu PB-yə təhvil verilmişdir.