Mağazadan oğurluğa cəhd göstərmiş Kürdəmir rayon sakini Sadiq Mustafayev, Kəlbəcər rayon sakini Gülnar İsmayılova və Vidadi Quliyev tutulmuşdur
02.10.2016Sentyabrın 29-da Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Mürvət Tahirova məxsus mağazadan oğurluğa cəhd göstərilmişdir.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini Sadiq Mustafayev, Kəlbəcər rayon sakini Gülnar İsmayılova və Vidadi Quliyev tutulmuşdur.
V.Quliyevin və qrupun digər üzvü Sadiq Mustafayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların sentyabrın 23-də Amil Niftəliyevə məxsus mağazadan 500 manat pul, tütün məmulatı və ərzaq məhsulları oğurlamaları da müəyyən edilmişdir.