Siyəzən rayonunun Gilgilçay kəndində yol-nəqliyyat hadisəsi
02.10.2016Oktyabrın 2-də saat 21 radələrində Siyəzən rayonunun Gilgilçay kəndində Şabran şəhər sakini Davud Şərifovun idarə etdiyi “Samat Soren” və Siyəzən şəhər sakini Mübariz Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur. Nəticədə D.Şərifov hadisə yerində ölmüş, M.Məmmədovun 1 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.