Oğurluq etməkdə şübhəli bilinən Şəmkir rayon sakini Bəxtiyar Cəlilov tutulmuş, digər şəxs isə müəyyən edilmişdir
19.09.2016Sentyabrın 19-da Şəmkir şəhərində 2 naməlum şəxs şəhər sakini Təbriz Tağıyevə zor tətbiq edərək 300 manat pulunu, mobil telefonunu və qızıl üzüyünü almışdır.
Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Bəxtiyar Cəlilov tutulmuş, digər şəxs isə müəyyən edilmişdir. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların sentyabrın 19-na keçən gecə şəhər ərazisində Gədəbəy rayon sakini Samir Hüseynova zor tətbiq edərək pulunu və mobil telefonunu almaları da müəyyən edilmişdir.
RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.