Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi
19.09.2016Sentyabrın 18-də saat 20 radələrində Nəsimi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Leyla Abbaslı vurulmuşdur. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.