Qaradağ rayonunun Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi
19.09.2016Sentyabrın 19-da saat 20 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Süleyman Nəbiyev vurulmuşdur. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Qaradağ RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.