Gün ərzində 57 cinayət faktı qeydə alınmışdır
18.09.2016Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 57 cinayət faktı qeydə alınmış, onların da 17-i “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 5 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 17 nəfər tutulmuşdur.