Zərdab rayonunun Mollakənd kəndində yol-nəqliyyat hadisəsi
18.09.2016Sentyabrın 18-də saat 18 radələrində Zərdab rayonunun Mollakənd kəndində Ağdaş rayon sakini Qabil Rzayevin idarə etdiyi “VAZ-2106” və Ağcabədi rayon sakini Valeh Zeynalovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Q.Rzayev hadisə yerində ölmüş, sərnişinləri - Ramilə Məmmədova və qızı Dəniz xəstəxanaya yerləşdirilmişlər. R.Məmmədova orada ölmüşdür.
Zərdab RPŞ tərəfindən araşdırma aparılır.