Goranboy rayonunun Səfikürd kəndində yol-nəqliyyat hadisəsi
18.09.2016Sentyabrın 18-də saat 18 radələrində Goranboy rayonunun Səfikürd kəndində Rusiya Federasiyası vətəndaşı Cənnət Rəsulov idarə etdiyi “VAZ-21072” markalı avtomobili aşırmışdır. Nəticədə C.Rəsulovun sərnişini, anası Kifayət hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilmişdir.
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.