Avtomobil qaçırmaqda şübhəli bilinən Bərdə şəhər sakini Zamin Qurbanlıdan 8,5 qram marixuana götürülmüşdür
14.09.2016Sentyabrın 14-də saat 19 radələrində Bərdə şəhəri ərazisindən şəhər sakini Elgün Məmmədova məxsus “Fiat” markalı avtomobil qaçırılmışdır.
Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi Zamin Qurbanlı tutulmuşdur. Ondan 8,5 qram marixuana götürülmüşdür.