Sabunçu rayonunun Məhəmmədi kəndində yol-nəqliyyat hadisəsi
14.09.2016Sentyabrın 14-də saat 01 radələrində Sabunçu rayonunun Məhəmmədi kəndində kənd sakini Anar Səfərov idarə etdiyi “AzSamand” markalı avtomobillə yolu keçən həmkəndliləri Arzuman Salmanovu, Elbrus Zahidovu və Elçin Əliyevi vurmuşdur. Nəticədə A.Salmanov və E.Əliyev hadisə yerində ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.