Avtomobil qaçırmaqda şübhəli bilinən Bərdə rayon sakini Fəzail Bəndəliyevdən 13,8 qram marixuana götürülmüşdür
14.09.2016Sentyabrın 14-də saat 20 radələrində Bərdə şəhəri ərazisindən şəhər sakini İlqar Teymurova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılmışdır.
Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Fəzail Bəndəliyev tutulmuşdur. Ondan 13,8 qram marixuana götürülmüşdür.