Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi
13.09.2016Sentyabrın 13-də saat 22 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Zahir Əliyev vurulmuş və o, hadisə yerində ölmüşdür.
Sabunçu RPİ və Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Fikrət Əliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobildə tutulmuşdur.