Bərdə rayonunun Zümürxan kəndində yol-nəqliyyat hadisəsi
13.09.2016Sentyabrın 13-də saat 13 radələrində Bərdə rayonunun Zümürxan kəndində rayon sakini Möhübbət Balışovun idarə etdiyi “Lexus” və Ağdaş rayon sakini Yeganə Bağırovanın idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşmuşlar. Nəticədə Y.Bağırova və 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Bərdə RPŞ tərəfindən araşdırma aparılır.