Şəmkir rayonunun Seyfəli kəndində yol-nəqliyyat hadisəsi
13.09.2016Sentyabrın 13-də saat 10 radələrində Şəmkir rayonunun Seyfəli kəndində Bakı şəhər sakini Rövşən Məmmədovun idarə etdiyi “Subaru” və Gəncə şəhər sakini Mahir Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur. Nəticədə M.Məmmədov və sərnişini Ələkbər Qurbanov, habelə R.Məmmədovun sərnişini Rəna Namazova xəstəxanaya yerləşdirilmiş, M.Məmmədov orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.