Yardımlı şəhərində yol-nəqliyyat hadisəsi
13.09.2016Sentyabrın 13-də saat 08 radələrində Yardımlı şəhərində rayon sakini Xalid Alıyarov idarə etdiyi “VAZ-2107” markalı avtomobili aşırmışdır. Nəticədə sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Yardımlı RPŞ tərəfindən araşdırma aparılır.