Oğurluq etməkdə şübhəli bilinən Cəlilabad rayon sakini İsmayıl Məlikov tutulmuşdur
02.09.2016Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 1-də rayon sakini Cəmaləddin Əzizova məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən həmyerlisi İsmayıl Məlikov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 31-də rayon sakini İlqar Rzayevə məxsus evdən 1200 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilmişdir.