Quba rayonunun Nügədi Qazmaları kəndində yol-nəqliyyat hadisəsi
02.09.2016Sentyabrın 2-də saat 18 radələrində Quba rayonunun Nügədi Qazmaları kəndində rayon sakini Nurəli Qardaşəliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Asif Qaraxanovu vurmuşdur. Piyada hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.